top
Xaçmaz sakinlərinin davası bıçaqlanma ilə nəticələndi
02 noyabr 2024, 12:26
- ↺ +

Xaçmaz sakinlərinin davası bıçaqlanma ilə nəticələndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunda 34 yaşlı Etibar şəxsi münasibətlər zəminində həmyerlisi İmrana xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, 2022-ci ilin noyabrın 19-da baş verən hadisəyə əsaslı səbəb olmayıb. Etibar həmin gün, saat 18:00 radələrində tanışı İmran küçədən keçərkən ona tərəf tərs baxmasına görə, onu üzərində gəzdirdiyi bıçaqla vurub.

Hadisəni törədən Etibarın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. O, özünün özünü qismən təqsirli bilib.

Etibar ifadəsində göstərib ki, kafedə oturandan sonra sərxoş olub:

“Daha sonra İmranla baxışanda aramızda narazılıq yarandı, dava-dalaş oldu. İmran üstümə bıçaq çıxartdı. Mən də sonradan qorxaraq onu vurdum. Vurdum ki, məni qətlə yetirməsin, mənə xəsarət yetirməsin. Özüm də baş vermiş hadisədən sonra təslim oldum. İmrana bıçaqla xəsarət yetirdikdən sonra ona yenə də bıçaqla xəsarət yetirmək imkanım olub. Ancaq xəsarət yetirməmişəm. Mən İmrana aşağı bədən nahiyəsindən xəsarət yetirmək istəmişəm. Amma həddindən artıq kök olduğundan qarın boşluğuna xəsarət yetirmişəm. Hadisənin axırının bu cür bitəcəyindən xəbərim olmayıb. Bıçaq da əvvəldən üzərimdə gəzdirdiyim bir şey deyildir. Sadəcə olaraq ehtiyat üçün qoyduğum yerdən götürərək vurmuşam. Qorxudan vurdum ki, mənə heç nə etməsin. İmran məndən dəfələrlə, qat-qat böyük olub. Xəsarət yetirməyimi inkar etməmişəm. Əməlimdən də peşmanam”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü iki-üç nəfərə yarım litrlik araq içiblər: “İmranı əvvəllər tanımışam, eyni ərazidə qalmışıq. İkimiz də bir-birimizə baxmışıq. İmrandan nəyə baxdığını soruşduqda mənə kobud cavab verdi. Kobud cavab deyəndə ki, mədəni cavab vermədi. Bir az təhqir formasında mənə cavab verdi. İmran mənə cavab verəndən sonra bir az əlbəyaxa olduq. Əlbəyaxa olanda ətrafda heç kim yox idi. Əlbəyaxa olan zaman bizi heç kim ayırmayıb. Əlbəyaxa olan zaman İmran mənə zərbə endirsə də, xəsarət almamışam. Dalaşandan sonra bir-birimiz ilə söyüşə-söyüşə aralaşmışıq. Bıçağı bəzən özümü müdafiə etmək üçün üzərimdə daşımışam. Mən kriminal avtoritet və ya o tipli insan deyiləm. Həyatda mənə qarşı haqsızlıqlar çox olduğu üçün üzərimdə bıçaq gəzdirmişəm. Haqsızlıq deyəndə ki, zəif olduğum üçün iki-üç nəfər tərəfindən sıxışdırılmışam. Bıçağı götürəndə istəmişəm ki, gedib onun ayağını cızıb gəlim. Ayağını cızmaq istəməyimin səbəbi o idi ki, qorxsun. Bisavadlığımdan, qorxduğum üçün hüquq mühafizə orqanlarına məlumat verməmişəm. İmrana bıçaqla xəsarət yetirən zaman heç kimi görməyib. Bıçaqlanma zamanı İmrana yaxınlaşmışam, bıçaqla xəsarət yetirərək getmişəm. Söz demədən elə gələn kimi bıçaqlamışam”.

Etibarın ifadəsinə görə, hadisənin səhəri günü Xaçmaz Rayon Polis Şöbəsinə təslim olub: “Qaranlıqda adamlar olub. Onların hadisəni gördüklərini hiss etmişəm. Ona görə təcili tibbi yardım çağırmamışam. İlkin tibbi yardım göstərməmişəm. 2016-cı ildə məhkum olunmuşam. Ona görə məhkum olunmuşdum ki, mənə qarşı nalayiq təhqiredici ifadələr işlətmişdirlər, mən də kəllə vurmuşdum. Kəllə vuranda zərərçəkmiş şəxsin burnu sınmışdı. Zərərçəkmiş şəxsin burnunu sındırdığıma görə 127.2.3 və 221.1-ci maddələr ilə ittiham olunmuşam, barəmdə hökm oxunub. Hazırda zərərçəkmiş İmranla barışmışam”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Etibar 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində çıxarılmış hökmün ləğv edilərək, işinə yenidən baxılmasını xahiş edib. Təqsirləndirilən şəxs apellyasiya şikayətində atasının ağır xəstə olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını qeyd edib. O, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunub. Onun şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib.

Son xəbərlər

Hadisə
Bu gün, 11:54

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər