Xaçmaz şəhərini zibilləyən daha bir şəxsin görüntüləri yayılıb. Bu barədə ShimalNews 15 fevral tarixində İƏD-ə istinadən məlumat verir.
Məlum olub ki, Bakı prospektində avtomobil dayanıb. Nəqliyyat vasitəsindən düşən vətəndaş bir torba zibillə yolu keçir və tullantıları onlar üçün nəzərdə tutulmayan qutunun yanına qoyur.
Həmin şəxsin kimliyi məlum olub. Tədbir görülməsi üçün akt tərtib edilərək Xaçmaz Rayon Polis Şöbəsinə göndəriləcək.
[video width="1080" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/02/video1.mp4"][/video]