Bu gün Xaçmaz şəhər İƏD tərəfindən iməcilik işləri keçirilib. Bu barədə ShimalNews 18 fevral tarixində adıçəkilən quruma istinadən xəbər verir.
M.Ə.Sabir, Qara Qarayev və digər küçələrdə abadlıq işləri aparılıb. Əraziyə canlı qüvvə cəlb edilib, kol-kos təmizlənib və tullantılar yığışdırılıb.