Xaçmazda məişət tullantıları üçün nəzərdə tutulmuş qutular dezinfeksiya edilib. Bu barədə ShimalNews 11 iyul tarixində şəhər İƏD-yə istinadən məlumat verir.
Tullantıların toplandığı yerlər xüsusi məhlul ilə dərmanlanıb. Profilaktik işlər xüsusi geyimli canlı qüvvə tərəfindən yerinə yetirilib.
Eləcə də yaşıllıqlar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.