Xaçmaz şəhər sakininin həyətində çətənə kolları aşkar olunaraq götürülüb. Bu haqda 3 iyun tarixində ShimalNews Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Paşayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar olunub. Aşkarlanan narkotik vasitə müsadirə olunub.