Xaçmazlı şəhid Kamil Məmmədovun ailəsi ziyarət edilib. Bu barədə ShimalNews 23 dekabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
İcra başçısı Elnur Rzayev və rayon prokuroru Rəşad Məmmədov görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanıblar. Xaçmaz rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının daimi olacağı bildirilib.
Şəhid anası Validə Məmmədova qayğıya görə minnətdarlığını ifadə edib.
Kamil XTQ-nin kiçik giziri olub. O, "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif edilib.