Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qusarçay, Həsənqala, Ağaverdioba və Balaqusarqışlaq kəndləri sakinlərinin müraciətlərini dinləyib. Bu haqda ShimalNews 18 iyul tarixində məlumat verir.
Görüş Qusarçay kəndində keçirilib. Burada yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri də iştirak ediblər. Səyyar qəbulda qaldırılan məsələlər kəndlərarası yol təmiri, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı olub.