Xaçmaz rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35-ci ildönümü dərin ehtiramla yad edilib.
Shimal.News məlumat verir ki, tədbirdə şəhid anaları, qəhrəmanlarımızın ailə üzvləri, qazilər, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Onlar xaçmazlı şəhidlərin, eləcədə 20 Yanvar şəhidi Zahid Abdullayevin xatirə lövhəsi önünə tər qərənfillər düzüblər. Daha sonra 1 dəqiqəlik sükut baş tutub.