Xaçmaz rayonunda kişi intihar edib. Bu haqda ShimalNews 24 iyul tarixində məlumat verir.
Hadisə bu gün səhər saatlarında Əhmədoba kəndində baş verib. 58 yaşlı kənd sakini İlham Kərimov bağı sulamaq adı ilə evindən çıxıb. Onun cəsədi gilas ağacından asılı halda tapılıb.
Məlumata görə, Kərimov bir həftə bundan qabaq oğluna toy edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.