Millət vəkili Aqil Məmmədov Xaçmaz rayonunda vətəndaşlarla görüşüb. Bu haqda ShimalNews 6 iyul tarixində məlumat verir.
Görüş zamanı deputat Nabran qəsəbəsindəki "Dostluq" turist bazasında müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan vətəndaşları narahat edən ümumi problemləri və şəxsi məsələləri dinləyib. Qaldırılan müraciətlərin əsas mövzusu aylıq yemək xərcinin tam ödənilməsi və yaşadıqları binanın dam örtüyünün təmiri ilə bağlı olub.
Millət vəkilinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, digər məsələlərlə əlaqədar olaraq, müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.