Xaçmaz rayonunda transformator təhlükə saçır. Bu barədə ShimalNews-a 16 iyun tarixində məlumat daxil olub.
Gödəkli kəndində məktəbin yaxınlığında yerləşən transformator hasarlanmayıb. Sakinlər bildirirlər ki, hər gün buradan keçən məktəblilər üçün transformator təhlükə yaradır.
Daha öncə Yalama kəndində yararsız vəziyyətdə olan transformator haqda məlumat vermişdik.