Xaçmazda çox sayda çətənə kolları aşkar edilərək müsadirə edilib. Bu haqda ShimalNews 12 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
RPŞ əməkdaşları “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər. Nəticədə Fərzəlioba kəndi ərazisində şəhər sakini H.Mehdiyev tərəfindən kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkarlanıb.