“Xaçmaz KOB evi” 2024-cü ilin yanvar-iyun ayları ərzində 9 mindən çox sahibkara xidmət göstərib. Bu barədə ShimalNews 17 iyul tarixində xəbər verir.
Müraciətlər daha çox biznes fəaliyyəti üçün lazım olan sənədlər, vergi və gömrük məsələləri və kommunal xidmətlərlə bağlı olub.
KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olmaqla sahibkarlara “G2B” və “B2B” xidmətlərin göstərildiyi vahid məkandır. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir.