Xaçmaz rayonunda 1 nəfər kanalda batıb. Bu haqda 12 iyun tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Xanarx kanalının Armudpadar kəndi ərazisindən keçən hissəsində uşağın batması ilə əlaqədar nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə axtarış-xilasetmə qüvvələri cəlb edilib.
Keçirilən əməliyyat nəticəsində 10 yaşlı Məhəmməd Pirsahadovun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.