top
Xaçmaz: İtkin düşən şəhidlərin dəfn vaxtı təsdiqlənib
25 iyun 2024, 17:00
- ↺ +

Xaçmaz: İtkin düşən şəhidlərin dəfn vaxtı təsdiqlənib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonundan olan 1-ci Qarabağ müharibəsi şəhidlərinin – Şahlar Ağayevin, Adıgözəl Qasımovun və Hörmət Baratovun dəfni iyunun 27-də olacaq. Bu haqda ShimalNews 25 iyun tarixində məlumat verir.

“Şahlar Hüseynağa oğlu Ağayev 1973-cü ildə Xaçmazın Ağçay kəndində doğulub. 21.01.1992-ci ildə hərbi xidmətə yollanan Şahlar həmin ilin 19 iyulunda Ağdərə istiqamətində itkin düşüb. Onun meyiti Birinci Şəhidlər xiyabanında naməlum döyüşçü kimi dəfn olunmuşdu.

İkinci naməlum döyüşçü kimi Birinci Şəhidlər xiyabanında basdırılan 28.08.1975-ci il təvəllüdlü Adıgözəl Əmirsultan oğlu Qasımovdur. O, 1992-ci ilin 10 sentyabrında hərbi xidmətə gedib, 1993-cü ilin 25 mayında Laçın rayonunda itkin düşüb.

Adıgözəl Qasımov Xaçmazın Keymərəz kəndində doğulub.

Ailəsinin intizarla nəşini gözlədiyi 3-cü şəhid Hörmət Beytulla oğlu Baratov Xaçmazın Nərəcan kənd sakini olub. O, 1992-ci il oktyabr ayının 8-də hərbi xidmətə çağırılıb və 1993-cü ilin 8 oktyabr günündə Qarabağda itkin düşüb. Hörmət Baratov İkinci Şəhidlər xiyabanında naməlum döyüşçü kimi torpağa tapşırılmışdı” –  Xaçmaz İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Fərzəliyev  bidlirib.

Vüqar Fərzəliyev Xaçmazdan olan 50 itkin şəhiddən isə hələlik heç bir xəbər olmadığını deyib.

Son xəbərlər

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Oxşar xəbərlər