Xaçmazda fəaliyyət göstərən hoteldə xadimə vəzifəsində çalışan qadın anidən yıxılaraq ölüb. Bu haqda ShimalNews 1 iyul tarixində “Oxu.az”a istinadən məlumat verir.
"Bu gün səhər həkimə gedib, sonra işə gəlmişdi. Ürəyində problemləri var idi. Əməkdaşımız Şəfiqə Ağamirovanın 66 yaşı var idi. Həyat yoldaşı vəfat etmişdi. Hadisə səhər saat 10:00-11:00 radələrində baş verib. Ailə yaxınlarına məlumat verilib", - deyə "Ulduz" hotelinin adminstratoru Rasim Qədirov bildirib.