Xaçmaz Gömrük İdarəsinin gömrükçüləri üçün təlim keçirilib. Bu haqda ShimalNews 31 iyul tarixində məlumat verir.
Mərkəzi Gömrük Hospitalında baş tutan görüşdə “İnsanlarla işləyən insanlar: Stresə davamlılığın artırılması” mövzusu müzakirə edilib.
Təlim zamanı psixoloji gərginliyin, stresin və emosional yorğunluğun insan sağlamlığına, o cümlədən iş rejiminə mənfi təsirləri, vizual psixodiaqnostika, ünsiyyət və komanda işinin təşkilati əhəmiyyəti barədə geniş məlumat verilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.