Xaçmazdan olan polkovnik-leytenant yeni vəzifəyə təyin olunub. Bu haqda ShimalNews 23 iyun tarixində məlumat verir.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə Ayaz Eyvazov təyin edilib.
Eyvazov Ayaz Teyfur oğlu 16 noyabr 1979-cı ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 3 övladı var.