Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Bu barədə ShimalNews 9 iyul tarixində məlumat verir.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə proses keçirilib və Cavanşir Əvəzova şərti cəza verilib.
Daha öncə sabiq məmurun iş üzrə zərərçəkmiş qismində tanınmış bələdiyyələrə və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə 500.000 manatdan çox ziyan vurduğu haqda xəbər vermişdik.