Xaçmaz dəmiryol stansiyası ərazisindən oğurluq edən şəxs saxlanılıb. Bu barədə ShimalNews 19 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Məlumata görə, buradan 55 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd “kastil”, eləcə də Xızı rayonunun Sitalçay stansiyası ərazisindən 40 ədəd rels altlıqları oğurlanıb.
Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları hadisə ilə bağlı əməliyyat tədbirləri keçiriblər. Nəticədə əməli törətməkdə şübhəli bilinən Xızı rayon sakini R.Qədirov saxlanılıb.
Araşdırma aparılır.