Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim və tibb işçilərindən ibarət briqadanın iştirakı ilə Dədəli Həkim Məntəqəsində tibbi müayinə aksiyası keçirilib. Bu haqda ShimalNews 28 iyun tarixində məlumat verir.
Sakinlər üçün müxtəlif ixtisaslı ( terapevt, mama-ginekoloq , pediatr, lobarant) həkimlər tərəfindən 33 nəfər müayinələrdən keçirilib, onlara ümumilikdə 45 tibbi xidmət göstərilib.
Kəndlərdə keçirilən "Səyyar Tibbi Xidmət" aksiyaları əhali arasında xəstəliklərin qarşısının alınması, ilkin diaqnostikası, müalicəsi, maarifləndirilməsi, azyaşlılar, uşaqlar, hamilə və zahı qadınların yerində müşahidəsi və əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi məqsədilə təşkil edilir.