top
Xaçmaz böcək hücumuna məruz qalıb - Meyvə və ağaclar məhv olur
09 oktyabr 2024, 13:25
- ↺ +

Xaçmaz böcək hücumuna məruz qalıb - Meyvə və ağaclar məhv olur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun Nabran və ətraf kəndlərinə “mərmər bağacığı” (mərmər taxtabiti) adlanan böcəklər kütləvi formada hücum edir. Çağırılmamış qonaqlar sakinlərə məxsus fərdi təsəərrüfatlarda qonur, nəticədə həmin bağlarda olan əksər bitkilər məhv olur.

Nabran sakinləri  Shimal.News-a bildiriblər ki, hazırda böcəklər evlərə də daxil olurlar. Onlar müxtəlif vasitələrlə mübarizə aparmağa çalışsalar da, zərərvericiləri tam məhv etmək mümkün olmayıb.

“Bundan əvvəl bağlara dolmuşdular, indi evlərə də hücum edirlər. Dərman da təsir etmir, artıq gücümüz çatmır. Biz aidiyyəti qurumlardan kömək istəyirik. Çünki bu böcəklərin qonduğu yer quruyur. Ağaclar, meyvələr məhv olur. Bundan əlavə, ətrafa pis qoxu da yayılır. Böcəklər iki rəngdə: yaşıl və qara rəngdədir. Əvvəllər kəndin ətrafında bağlar yox idi. Sonradan bağlar salındı, ağac və bitkilərə verilən dərmanlar quşların ərazidən yox olmasına səbəb oldu. Quşlar bu tip böcəkləri yeyir, yayılmasına imkan vermirdilər. İndi quşlar olmadığı üçün böcəklər sürətlə yayılırlar.”, - deyə sakin Səbinə İskəndərova şikayət edib.

Məsələ ilə bağlı Xaçmaz Bitki Mühafizəsi Mərkəzindən Shimal.News-a bildirildi ki, “məxmər bağacığı” adlanan böcək hazırda aktiv qışlama dövrü olduğu üçün yaşayış sahələrinə, münbit şərait olan tikililərə yaxınlaşır. Hazırda bu zərərvericilərə qarşı mexaniki üsullarla mübarizə aparılır.

“Yaşayış məntəqələrində biz kimyəvi üsullarla mübarizə apara bilmirik. Mexanik mübarizə, yəni topalayıb məhv etmə üsulundan istifadə edirik. Amma imkan olan yerlərdə, sahələrdə kimyəvi mübarizədən də istifadə edirik.  Müəyyən ərazilərdə tələlər qoymuşuq, o tələlərə baxış keçirəndən sonra böcəklərin harada olduğunu müəyyən edirik və müvafiq tədbirlər həyata keçiririk.”, - deyə Xaçmaz Bitki Mühafizəsi Mərkəzinin rəisi Əkbər Ceyhunov bildirib.

Məlumat üçün bildiririk ki, məxmər bağacığı adlanan böcək ən çox ziyanı ixracla məşğul olan sahibkarlara vura bilər. Çünki, ölkəmizdən Rusiya Federasiyasına icrac edilən hər hansı kənd təsərrüfatı məhsulunun içərisində “məxmər bağacığı” aşkarlanarsa, həmin məhsul geri göndərilir. Xüsusi təhlükəli olan bu zərərvericilər MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Rusiyanın Soçi şəhərində müşahidə olunub. Daha sonra Gürcüstana, Azərbaycana və Rusiyanın cənub ərazilərinə yayılıb.

Son xəbərlər

Hadisə
Bu gün, 11:54

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər