Xaçmazda azyaşlı uşağın əli ətçəkən maşında sıxılı qalıb. Bu haqda 27 iyun tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN)istinadən məlumat verir.
Bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Uşağın köməyinə Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.