Xaçmazda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə ShimalNews 9 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi səhifəsinə istinadən məlumat verir.
Çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri mənzilin qapısını açıb və nəzarətsiz qalmış uşağın xilas olunmasını təmin ediblər.