Xaçmazda qəza nəticəsində işıq dirəyi sınıb. Bu barədə ShimalNews 15 avqust tarixində məlumat verir.
Hadisə ötən gün Yergüc kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü Yeni körpüdə idarəetməni itirərək qəza törədib. Qəza zamanı maşın işıq dirəyinə çırpılaraq onu qırıb. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb.
Əraziyə YPX-nın əməkdaşları cəlb olunublar.