Xaçmaz şəhərində aşmaqda olan ağaclar var. Bu haqda 27 iyun tarixində ShimalNews məlumat verir.
Sözügedən hal M.Ə.Rəsulzadə küçəsində yaşanır. Burada iki həftəyə yaxındır ki, həmişəyaşıl ağac günü-gündən daha da əyilərək yaxınlıqda olan ağaca söykənib. Digər təhlükə saçan ağaclar isə Ş.Sultanov küçəsindədir.
“Hər dəfə ağacların yanından qorxa-qorxa keçirik. Küləkli havada isə lap ürəyimiz əsir ki, ağac qırılıb düşər”, - deyə sakin bildirib.