Xaçmaz rayonunda fərdi yaşayış evində partlayış baş verib. Bu haqda ShimalNews 23 iyul tarixində “Apa”ya istinadən məlumat verir.
Hadisə Nabran kəndində qeydə alınıb. Bu zaman evdə olan Tovuz rayon sakinləri: 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.
Araşdırma aparılır.