Xaçmaz rayonunda gənclərlə görüş keçirilib. Bu haqda ShimalNews 3 avqust tarixində məlumat verir.
"Sağlam həyat tərzi və zərərli vərdişlərdən xilas olma" mövzusunda təşkil edilən tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Tədbir iştirakçılarına real həyatdan misallar çəkilərək, mövzu ətrafında danışılıb. Daha sonra gənclər müvafiq mövzu üzrə öz mülahizələrini bildirib və diskussiya aparıblar. Sonda tədbirdə iştirak edən 15 nəfər fəal gənc Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin (QXRGİİ) fəxri fərmanları ilə təltif ediliblər.
Tədbirin keçirilməsində məqsəd gənclərin sağlam həyat tərzini və zərərli vərdişlərdən uzaq olmalarını təşviq etmək və bu istiqamətdə onları maarifləndirməkdən ibarət olub.