Xaçmazda idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə turnir start alıb. Bu haqda ShimalNews 3 iyul tarixində məlumat verir.
Turnirdə 11 komanda 3 qrupda mübarizə aparır. Qusarçay kəndində və Xaçmaz şəhərində yerləşən minifutbol meydançalarında keçirilən görüşlərin nəticələri aşağıdakılardır:
- Avromed" QSC - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi - 7:2;
- FHN Regional Mərkəzi - "Həyat İnşaat" Ticarət Mərkəzi - 3:0;
- "Kristall" Ticarət Mərkəzi - "Energetik" - 3:0;
- Xaçmaz Regional Qaz İstismarı İdarəsi - Xüsusi Riskli Xilasetmə Xidməti - 4:0;
- "Maliyyə" - "Tabaterra" - 6:4.