Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli avqustun 30-da Şabran rayonunda sakinləri qəbul edəcək.
ShimalNews xəbər verir ki, vətəndaşlar 21 - 27 avqust tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Həmin şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında görüş keçiriləcək.
Nazirliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, onların həlli ilə əlaqədar tədbirlər görüləcək.