Təhsil Tələbə Krediti Fondunun əməkdaşı tərəfindən Şimal bölgəsində görüş təşkil edilib. Bu haqda 8 iyun tarixində ShimalNews TTKF-yə istinadən məlumat verir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Fondun əməkdaşı Nigar Məmmədova Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında tədbir keçirib. Məmmədova 9-11-ci sinif şagirdlərinə TTKF-nin fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Təhsil Tələbə Krediti Fondu"nun qaynar xətti: 146-5.