Xəzər dənizinin sahili tullantılardan təmizlənib.
ShimalNews xəbər verir ki, Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiya Siyəzən sahillərində təşkil edilib.
“Təmiz ölkəm” devizi altında baş tutan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, bələdiyyə nümayəndələri, məktəb şagirdləri və yerli sakinlər iştirak ediblər.