Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev Qusarda vətəndaş qəbulu keçirəcək.
ShimalNews xəbər verir ki, görüş sentyabrın 11-i saat 15:00-da baş tutacaq.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər 10 sentyabr tarixinədək Qusar rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Qusar rayon təhsil sektoruna müraciət edə bilərlər. Qeydiyyat prosesi saat 17:00-da başa çatır.