Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Siyəzən şəhəri, H.Əliyev küçəsində Nizami Qüdrət oğlu Əkbərova məxsus ət satışı mağazasında yoxlama aparıb.
Shimal.News xəbər verir ki, yoxlama zamanı mağazada texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, mağazada işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.