Siyəzən şəhərində içməli su xəttində qəza baş verib.
AZƏRTAC-ın məlumatına görə, qəza səbəbindən şəhərin 10 küçəsinə içməli suyun verilməsi məhdudlaşdırılıb.
Qeyd edək ki, Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və əməkdaşları hadisə yerinə cəlb olunub.