Siyəzən rayonunda “Sağlamlıq imkanları məhdud uşaqlara qayğı tədbirləri” adlı layihə təşkil edilib.
QHT.az-ın məlumatına görə, layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara mütəxəssislər tərəfindən təlimlər keçirilib. Tədbir zamanı valideynlərə uşaqları ilə ev şəraitində necə ünsiyyət qurmaları barədə məsləhətlər verilib.
Layihə müddətində ad günü olan uşaqların doğum günləri də qeyd edilib.