Siyəzən şəhərində namaz qılmaq adı ilə evdən çıxan gəncdən xəbər almaq mümkün olmayıb.
“Qafqazinfo”nun məlumatına görə, S.Məlikova polis şöbəsinə müraciət edib. O bildirib ki, onun 23 yaşlı oğlu Mahmud Məlikov sentyabrın 7-də saat 13:00 radələrində məsciddə yollanıb. Həmin vaxtdan sonra ana və oğulun əlaqəsi kəsilib.