Siyəzən və Xaçmaz rayonlarında bir sıra təhsil müəssisələri cari ildə təmiri icra olunacaq.
Bildirilib ki, proses Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdə, Nərəcan və Qadaşoba kənd tam orta məktəblərində, eləcə də Siyəzən şəhər 3 nömrəli tam orta məktəb aparılacaq.
“İqtisadiyyat.аz”ın məlumatına görə Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tender keçirib. Nəticədə “SS İnşaat” şirkəti qalib olub. Onunla 930.138,08 manat dəyərində müqavilə bağlanıb.