Siyəzəndə “Yurdumuza Bahar gəlir” adlı təntənəli bayram şənliyi keçirilib.
Shimal.News xəbər verir ki, Mədəniyyət Mərkəzinin qarşısında rəsm sərgisi, qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz təamları nümayiş etdirilib və bayram tonqalı yandırılıb.
Təşkilatçılıq İcra Hakimiyyəti və Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən təmin olunub.