Siyəzəndə 1-ci Qarabağ müharibəsinin iştirakçısı, qazi Famil Nadirov dünyasını dəyişib.
ShimalNews “siyezen.azerbaijan”a istinadən xəbər verir ki, mərhum şəkər xəstəsi idi və son zamanlar gözləri də tutulmuşdur.
Famil bəy uzun müddət "Siyəzənneft" NQÇİ-də qərargah rəisi vəzifəsində də çalışıb. O, çox vətənpərvər insan kimi tanınırdı. Onun anası Əminə xanım uzun müddət 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.