top
Şimaldan olan 20 Yanvar şəhidləri - SİYAHI
20 yanvar 2025, 15:10
- ↺ +

Şimaldan olan 20 Yanvar şəhidləri - SİYAHI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1990-cı il yanvarın 19-dan 20-nə ötən gecə SSRİ Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali müxtəlif tipli silahlardan atəşə tutularaq qətlə yetirilib.

Qətlə yetirilənlərdən çoxu xüsusi amansızlıqla öldürülüb.

Həmin gecə Sovet rəhbərliyinin əmri ilə Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə silahlanmış 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə daxil oldular. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, fərqinə varmadan hər kəsi atəşə tuturdular. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakı və regionlarda ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Qətlə yetirilənlər sırasında milislər, fəhlələr, tələbələr, şagirdlər də olub.

Öldürülənlərdən 106 nəfər azərbaycanlı, 6 nəfər rus, 3 nəfər yəhudi, 2 nəfər isə tatar milliyyətinə mənsub idi.

Shimal.News xəbər verir ki, faciə qurbanları arasında şimal bölgəmizdən də şəhidlər var.

Abdullayev Zahid Abdulla oğlu 1959-cu ildə Xaçmaz rayonunda anadan olub. Maşınqayırma zavodunda fəhlə idi. Həmin zavodda işləyən Z. Abdullayeva ilə evlənmişdi. 2 oğlu, 1 qızı var idi. Kirayədə yaşayırdılar. Yanvarın 19-dan 20-nə ötən gecə Salyan Kazarmasının yanında avtobusun atəşə tutulması nəticəsində Zahid Abdullayev başından aldığı güllədən həlak olub. O, Xaçmaz rayonunda dəfn olunub.

Qeybullayev Elçin Suyəddin oğlu 1968-ci ildə Quba rayonunda anadan olub. 20 №-li inşaat idarəsində fəhlə işləyib. Yanvarın 19-u saat 23:00 radələrində evdən çıxıb, Salyan Kazarmasının yanına gedib. Yanvarın 21-də qardaşı İlqar Qeybullayev onun meyitini morqdan tapıb. O, Quba rayonunda dəfn olunub.

Hüseynov Rahib Məmməd oğlu 1939-cu ildə Quba rayonunda anadan olub. Ticarət işçisi idi. Evli idi. Fevralın 12-də saat 16:30 radələrində "Xəzər" Kinoteatrının yaxınlığında avtomobilə minib və Salyan qışlasının yaxınlığında avtomobildən düşərkən güllələnib. Şəhid, Quba rayonunda dəfn olunub.

Səfərov Bafadar Ağamirzə oğlu 1923-cü ildə Xızı rayonunda anadan olub. İdarə etdiyi maşınla Qarayev adına xəstəxanaya nəvəsinin yanına gedən zaman yolda hərbçilər tərəfindən güllələnib, aldığı güllə yarasından hadisə yerindəcə vəfat edib.

İsrayılov Ağanəzər Araz oğlu 1960-cı ildə Şamaxı rayonunda anadan olub, milis leytenantı idi. Yanvarın 19-da səhər tezdən işə çağırılıb. Yanvarın 20-də səhər saat 07:15-də onların maşını Tbilisi prospekti yaxınlığında atəşə tutulub. Güllə yarası alan Ağanəzər İsrayılov 4 saatdan sonra  xəstəxanada vəfat edib. O, Şamaxı rayonunda dəfn olunub.

Məmmədov Vidadi Üzeyir oğlu 1949-cu ildə Şamaxı şəhərində anadan olub. Cənubi Xəzər Balıqçılıq hövzəsi idarəsində baş mühəndis işləyib. Evli və 2 uşaq atası idi. Yanvarın 19-dan 20-nə keçən gecə XI Qızıl Ordu meydanında (indiki 20 Yanvar dairəsi) güllələnib. Yanvarın 21-də xəstəxanadan meyiti tapılıb. Şamaxı şəhərində dəfn olunub.

Son xəbərlər

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Oxşar xəbərlər