top
Şimaldakı villalar eks-nazirlərə baş bəlası olub - SATA BİLMİRLƏR
14 fevral 2025, 12:19
- ↺ +

Şimaldakı villalar eks-nazirlərə baş bəlası olub - SATA BİLMİRLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bölgələrdə torpaqların müxtəlif yollarla zəbt edilməsi, xüsusilə məmurlar və imkanlılar tərəfindən yol verilən bu cür hərəkətlər cəmiyyətdə həmişə ciddi narahatlıq yaradıb. Kənd təsərrüfatı məqsədli dövlət torpaqlarının yanlış idarə olunması ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlib.

Azərbaycanın bəzi rayonlarında minlərlə hektar torpaq sahələrinin hasarlandığına dair indi də məlumatlar var. Orada heç bir fəaliyyət göstərilmir. Zəbt edilmiş torpaqların əsasən iri məmurlara, eks-məmurlara, oliqarxlara məxsus olduğu bildirilir.

Modern.аz-ın məlumatına görə, bu rayonlar sırasında Abşeron, Beyləqan, Bərdə, Göygöl, Goranboy, Xaçmaz, Quba, Qusar, Şamaxı, Xızı, İsmayıllı kimi rayonlarının adları çəkilir.

Əkinə yararlı sahələrin, örüş yerlərinin hasarlaması və illərdir toxunulmaz ərazilər kimi zəngin insanların mülkiyyətində saxlanılması hətta əvvəllər bir neçə dəfə rəsmi toplantılarda müzakirə mövzusu olub.

İllərdir hasarlanıb becərilməyən kənd təsərrüfatı təyinatlı iri torpaq sahələrinin şəxsi mülkiyyətdə saxlanılması isə bölgələrdə heyvandarlığın, əkinçiliyin, meyvəçiliyin də məhdudlaşmasına səbəb olub, aqrar sahənin inkişafına mənfi təsir göstərib.

Belə torpaqların zəbt edilməsi bir neçə səbəbə görə baş verib. Bu hadisə adətən korrupsiya, qanunsuz əməllər və gücün sui-istifadəsi ilə əlaqələndirilir.

Vaxtilə yüksək vəzifələrdə məmurluq edənlər torpaqların qiymətinin artmasından faydalanmaq və ya öz şəxsi maraqlarını təmin etmək üçün əraziləri zəbt ediblər. Bu, torpaq satışından əldə edilən gəlirin özlərinə yönəldilməsi məqsədi güdüb.

Bundan başqa, kimlərsə iqtisadi güc əldə etmək üçün böyük torpaq sahələrini ələ keçirməklə, özlərinin cəmiyyətdəki təsirini artırmağa çalışıblar.

Torpaq sahələrini tutanlar təbii ki, vəzifələrindən sui-istifadə ediblər.

Səfalı rayonlarda zəbt olunmuş bu cür torpaq sahələrində dəbdəbə ilə tikilmiş malikanələrin olduğu barədə də məlumatlar var. Bu məlumatlarda bahalı villaların bir qisminin eks-nazirlərin mülkiyyətində olduğu deyilir. Bildirilir ki, son vaxtlar həmin şəxslər milyonlarla manat dəyərində olan bu villaları “satıb canlarını qurtamaq” istəyirlər. İddialara görə, məsələn, dəyəri 20-30 milyon manat olan belə torpaqlar, üzərində tikilmiş bahalı malikanə ilə yarı qiymətinə satışa çıxarılsa da, heç kim onlara yaxın durmağa cürət etmir...

 

 

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər