Dünən axşam saatlarından etibarən şimal regionunda yerləşən xəstəxanalarda internet problemi yaşanır.
Shimal.News xəbər verir ki, bu barədə saytımıza sakinlər məlumat veriblər.
Məsələ ilə bağlı TƏBİB məlumat yayaraq bildirib ki, ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.
Problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.