Bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində 8 mindən artıq ağac əkilib.
Shimal.News məlumat verir ki, “Azərbaycan Gəncləri Günü”nə həsr olunan aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, yerli rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.
