top
Şimal sakinlərini uşaqlarla bağlı ən çox narahat edən nədir? - SORĞU NƏTİCƏLƏRİ
23 noyabr 2024, 10:44
- ↺ +

Şimal sakinlərini uşaqlarla bağlı ən çox narahat edən nədir? - SORĞU NƏTİCƏLƏRİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rayon və kəndlərdə uşaq əyləncə mərkəzlərinin olmaması, uşaqların fiziki və sosial inkişafını mənfi təsir edir. Bu, onların psixoloji və emosional gerilik yaşamasına səbəb ola bilər. Sosial bacarıqların zəif inkişafı, uşaqda təcrid və həddindən artıq stressə, həmçinin fiziki aktivliyin azlığı nəticəsində piylənmə (obezite), ürək-damar xəstəlikləri kimi sağlamlıq problemlərinə də yol aça bilər. Bu cür əyləncə imkanlarının olmaması, uzun müddətdə uşaqların ümumi inkişafını ləngidərək, cəmiyyətin gələcək nəsillərini də mənfi şəkildə təsirləndirə bilər.

Bəs şimal bölgəsində uşaqlar üçün kifayət qədər əyləncə mərkəzləri var?

Gənclər əylənmək və səmərəli vaxt keçirmək üçün haralara gedir?

Shimal.News qeyd edilən suallarla yerli sakinlərə müraciət edib. Cavablar isə regionda vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.

Xaçmazda uşaqların əylənməsi üçün şəraitin olmaması sakinlər tərəfindən narahatlıqla qarşılanır. Mövcud olan karusellər və əyləncə vasitələri ödənişlidir, bu isə bir çox ailənin sosial durumuna görə çətinlik yaşadır.

Qubalı sakinlər də uşaqlar üçün əyləncə mərkəzlərinin olmamasından şikayət edirlər. Onların sözlərinə görə, rayonun mərkəzində uşaqların vaxtlarını səmərəli və əyləncəli keçirmələri üçün heç bir uyğun şərait yoxdur: “Olan karusellər isə köhnə və ödənişlidir. Uşaqlarımızın inkişafı üçün belə yerlər vacibdir. Əgər onlar öz yaşlarına uyğun əyləncə və oyun imkanları əldə edə bilməsələr, nəyə ümid edək? Əyləncə mərkəzlərinin qıtlığı səbəbindən bəzən valideynlər uşaqlarını uzaq rayonlara, ya da paytaxt Bakıya aparırlar”.

İsmayıllı da belə problemlə üz-üzə qalan rayonlardan biridir. Rayon sakinləri bildirirlər ki, parklar yararsız haldadır və uşaqları aparmağa risk etmirlər: “Əksər parklarda bütün avadanlıqlar qırıq-qırıqdır və hər an hər şey ola bilər”.

Digər rayonların sakinləri də oxşar problemdən əziyyət çəkirlər. Uşaqlar və gənclərin istirahəti üçün boulinq zallarının, kinoteatrların, pulsuz stadionların, oyun zallarının olmasını istəyirlər.

Qeyd edək ki, rayon və kəndlərdə uşaq əyləncə mərkəzlərinin yaradılması, iqtisadi inkişafı stimullaşdırır və əhalinin yaşayış səviyyəsini yüksəldir. İlk növbədə, bu mərkəzlər yeni iş yerləri yaradır, həmçinin yerli xidmət sahələrini canlandırır. Uşaq əyləncə mərkəzlərinə gələn ailələr yerli restoranlar, mağazalar və digər xidmət sahələrində alış-veriş edərək iqtisadiyyata töhfə verir. Bundan başqa, belə mərkəzlər turizmi təşviq edərək, bölgəyə xarici və yerli turistlərin cəlb olunmasına da şərait yaradır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Oxşar xəbərlər