Bəzi rayonlarda dekabrın 12-si axşam və 13-ü güclü külək əsəcək.
Shimal.News xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz və Qəbələ rayonlarında fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.