Azərbaycan dili və ədəbiyyatı fənni üzrə keçirilən müəllimlərin sertifikasiyasının nəticələri açıqlanıb. Bu barədə ShimalNews 6 iyul tarixində məlumat verir.
Orta balı ən yüksək 15 rayon sırasında İsmayıllı 1-ci, Siyəzən 2-ci, Xaçmaz 4-cü, Şabran 10-cu, Xızı 12-ci yerdə qərarlaşıb.
Elm və təhsil naziri Emin Əmrullayev təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında yüksək nəticə göstərən müəllimlərlə görüş keçirib. Tədbir Bakıda yerləşən ADA Universitetində təşkil olunub.