Qusar, Şabran və Siyəzən rayonlarında tonlarla müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb. Bu barədə ShimalNews 15 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
Aksiya ümumrespublika təmizliyi çərçivəsində Qusar, Dənizkənarı, Pirəbədil, Dəvəçi, Siyəzən və Ərziküş meşəbəyliklərində təşkil olunub.
ETSN hər kəsi təbiət qoynunda dincələrkən təmizliyə riayət etməyə, atılan hər bir tullantının böyük yanğınlara səbəb ola biləcəyinin fərqində olmağa, ətraf mühiti birgə qorumağa çağırıb.