Ölkə ərazisində yağan intensiv yağıntılar bölgəmizdə axan çaylarda sululuğu artırıb. Bu haqda ShimalNews 27 iyun tarixində məlumat verir.
Məlumata görə, suyun səviyyəsi Qudyalçayda 10 sm, Vəlvələçayda 7 sm artıb.
Dünən şimal rayonlarında qeyri-sabit hava şəraitinin davam etdiyi və leysan xarakterli yağış olduğu haqda xəbər vermişdik.