Sentyabrın 16-17-i tarixlərində Quba-Qusar, Dağlıq Şirvan rayonlarında yağıntılar gözlənilir.
ShimalNews Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, leysan olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.